Futbol üzrə Belçika millisi baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Onun yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub. İtaliyalı baş məşqçinin hazırkı müqaviləsi builki Avropa çempinatının sonunda bitməli idi.

Tedesko 2023-cü il fevralın 8-dən Belçika millisinə rəhbərlik edir.