Futbol üzrə Belçika yığmasının baş məşqçisi Roberto Martines millidəki işini daha iki il davam etdirəcək.

Rekord.az xəbər verir ki, Belçika Futbol Federasiyası 46 yaşlı mütəxəssislə yeni müqavilə barədə razılığa gəlib.

TASS agentliyinin yaydığı məlumata görə, yeni müqavilənin müddəti 2022-ci ilə kimidi. Federasiyanın bu barədə tezliklə rəsmi açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, Roberto Martines 2016-cı ildən Belçika yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında bu komanda DÇ-2018-in bürünc medallarını qazanıb.