Millinin baş məşqçisi ilə yeni müqavilə
- 24 May 2024 12:30
- 188
Futbol üzrə Serbiya milli komandası baş məşqçisi Draqan Stoykoviçlə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 59 yaşlı mütəxəssis daha 2 il yığma komandanı çalışdıracaq.
Serbiya yığması Stoykoviçin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının final mərhələsinə yüksəlib. "Qırmızı-göylər" iyunun 14-də start götürəcək Avropa çempionatında da mübarizə aparacaqlar.