Futbol üzrə Mərakeş yığmasının baş məşqçisi Vahid Halilhociç istefaya göndərilib.

Rekord.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Mərakeş millisi Halilhociçin rəhbərliyi altında 30 oyunun 20-dən qələbə, 7-dən heç-heçə, 3-dən məğlubiyyətlə ayrılıb. 70 yaşlı mütəxəssis əvvəllər Fransanın “Nant”, PSJ, Türkiyənin “Trabzonspor” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandalarında çalışıb. O, Əlcəzair, Yaponiya, Fil Dişi Sahili yığmalarına da rəhbərlik edib.

Halilhociç dörd fərqli ölkə millisinə dünya çempionatlarına vəsiqə qazandırmış ilk baş məşqçidir.