![photo](https://www.rekord.az/storage/uploads/5/luis-fernando-suarez.jpg)
Millinin baş məşqçisi istefaya göndərildi
- 21 İyl 2023 12:30
- 302
Kosta-Rika yığmasının baş məşqçisi Luis Fernando Suares istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
“İcraiyyə Komitəsinin qərarına əsasən, Luis Fernando Suares daha milli komandanın məşqçisi kimi çalışmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Yeni baş məşqçinin adı yaxın vaxtlarda açıqlanacaq.
63 yaşlı mütəxəssis 2021-ci ildən Kosta Rika millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Suaresin rəhbərliyi altında komanda 36 oyun keçirib, 17 qələbə qazanıb, 12 məğlubiyyət alıb və 7 dəfə heç-heçə edib.