Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizədin kimliyi məlum olub.

 

Rekord.az xəbər verir ki, bu şimali makedoniyalı İqor Angelovskidir. 

 

Əldə etdiyimiz məlumata görə, hətta o millimizin Albaniya ilə yoldaşlıq görüşünü AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə birlikdə stadiondan izləyib. Ehtimal var ki, milli Bakıya qayıtdıqdan sonra Angelovskinin məsələsi federasiyada müzakirə olunsun.

 

Bu mütəxəssisin 48 yaşı var və Şimali Makedoniya millisi onun rəhbərliyi altında tarixində ilk dəfə Avropa çempionatının (AÇ-2020) final mərhələsinə vəsiqə qazanıb.