Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Eji Bjençek koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

49 yaşlı mütəxəssisin verdiyi koronavirus testinin nəticəsi pozitiv olub. Baş məşqçi karantinə alınıb.