Futbol üzrə Polşa millisinin baş məşqçisi Paulo Souza koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin ilk testi müsbət nəticələnib.

Portuqaliya baş məşqçi infeksiyanın tam təsdiqlənməsi üçün ikinci dəfə test verib. Hələlik onun nəticəsi bəlli deyil.

Polşa yığması noyabrda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Andorra və Macarıstanla üz-üzə gələcək.