Qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Moldovaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, heyətə 21 futbolçu cəlb olunub.

Qeyd edək ki, millimiz Çexiya yığması ilə noyabrın 7-də “ASCO Arena”da qarşılaşacaq. Bu qarşılaşmaya saat 19:00-da start veriləcək. 

Moldova yığması ilə oyun isə noyabrın 10-da “Zimbru” stadionunda baş tutacaq. Bu matça saat 16:00-da start veriləcək.

1. Şərifova Aytac - Keflavik (İslandiya)
2. Tunc Gülsüm - Hakkarigücü (Türkiyə)
3. Abdulova Nigar - Keşlə
4. Məmmədova Kamilla - Balxurma
5. Hacıyeva Vüsalə - İjevsk (Rusiya)
6. Mollayeva Manə - Ryazan VDV (Rusiya)
7. Hacıyeva Nərgiz - Ryazan VDV (Rusiya)
8. Açar Yeliz - Fatih Vatan (Türkiyə)
9. Məhsimova Jalə - İjevsk (Rusiya)
10. Mirzəliyeva Nigar - Balxurma
11. Nazlıcan Parlak - Fatih Vatan (Türkiyə)
12. Quliyeva Roza - Okjetpes (Qazaxıstan)
13. Əliyeva Aysun - Fatih Vatan (Türkiyə)
14. Teymurova Firəngiz - İjevsk (Rusiya)
15. Seyfəddinova Vüsalə - Ryazan VDV (Rusiya)
16. Bakarandze Kristina - Hakkarigücü (Türkiyə)
17. Cəfərzadə Sevinc - Kubanoçka (Rusiya)
18. Dorofeyeva Alina - Yenisey (Rusiya)
19. Məmmədova Diana - Yenisey (Rusiya)
20. Gasviani Salome - Lanchxuti (Gürcüstan)
21. Rəhimova Sona - 8-İOEUGiM