Millinin hücumçusu koronavirusa yoluxdu – Azərbaycanla oyunu buraxacaq
- 26 Avq 2021 17:17
- 492
Futbol üzrə İrlandiya milli komandasının və “Vest Bromviç” klubunun futbolçusu Kallum Robinson koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan 26 yaşlı hücumçu karantinə alınıb.
Kallum İrlandiya yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya, Azərbaycan və Serbiyaya qarşı keçirəcəyi oyunları buraxacaq.
İrlandiya yığması sentyabrın 1-də Portuqaliya ilə səfərdə qarşılaşacaq. Milli daha sonra sentyabrın 4-də Azərbaycanı, 7-də isə Serbiyanı qəbul edəcək.