![photo](https://www.rekord.az/storage/uploads/5/milletlerliqasi-qadinlar700x530.jpg)
Millinin oyunlarının məkanı və başlama saatları açıqlandı
- 17 Avq 2023 17:30
- 251
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.
Rekord.az xəbər verir ki, sentyabrın 22-də, saat 17:00-da Kipr yığmasına qarşı oyun “Dalğa Arena”da, sentyabrın 26-da, saat 20:00-da səfərdə Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.