Monteneqro millisinin qapıçısı Matiya Sarkiç vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi İngiltərənin "Milluol" klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu bu gün səhər Budva şəhərindəki evində ölü tapılıb. Onun ölüm səbəbi məlum deyil. 

Şarkiç İngiltərədə "Birnminhem", "Stok Siti" və "Vulverhempton"da da çıxış edib. O, Monteneqro millisində 9 oyuna çıxıb.

Sarkiç ötən həftə Belçika millisi ilə yoldaşlıq oyununda Monteneqro yığmasının əsas qapıçısı olub. O, bu görüşdə 8 seyv etmişdi və matçın ən yaxşı oyunçusu seçilmişdi.