Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu “CBC Sport”la canlı yayımlanacaq.

Rekord.az xəbər verir ki, saat 20:00-da başlayacaq matçı zaldan izləmək istəyən azarkeşlər üçün giriş sərbəst olacaq.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.