![photo](https://www.rekord.az/storage/uploads/5/nazvaniya-2.jpg)
Millinin sabiq futbolçusu atasıyla dalaşdı, həbs olundu
- 02 Apr 2021 16:40
- 605
Futbol üzrə Kolumbiya yığmasının və İtaliyanın “İnter” klubunun sabiq yarımmüdafiəçisi Fredi Quarin həbs olunub.
Rekord.az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
Xəbərdə 34 yaşlı futbolçunun ailədaxili şiddət ittihamı ilə saxlanıldığı qeyd olunur. İddiaya görə, futbolçunun dalaşdığı şəxslər onun atası və digər qohumları olub. Hadisə zamanı sərxoş halda olan Quarinin paltarında qan ləkələri də görünüb. Münaqişənin səbəbləri bilinmir.
Qeyd edək ki, Quarin ötən ilin dekabrından Kolumbiyanın “Millonarios” klubunun uğurları üçün çalışır. O, “Vasko da Qama”, “Atletiko Hulia”, “Enviqado”, “Sent-Etyen”, “Portu”, “İnter”, “Şanxay Şenxua” kimi klublarda da forma geyinib. Kolumbiya yığmasında 57 oyun keçirmiş Fredi, 4 qol vurub.