Millinin sabiq üzvü 38 yaşında intihar etdi
- 19 İyl 2021 17:45
- 542
Uruqvayın ikinci liqasının “Vilya-Teresa” klubunun futbolçusu Uilyams Martines vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı uruqvaylı müdafiəçinin ölüm səbəbi açıqlanmayıb.
Uruqvay mətbuatının xəbərinə görə, Martines intihar edib.
Karyerası ərzində Uruqvayda “Defensor”, “Çaçarito”, “Serro”, “River Pleyt”, Fransada “Reyms”, “Valensyen”, İngiltərədə “Vest Bromviç” kimi klublarda çıxış edən Martines, Uruqvay millisi ilə 1 oyuna çıxıb.