İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Cenoa”dan Stefano Sturaronu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Verona”da çıxış edəcək.

“Verona” yayda 5 milyon avro ödəyərək, Sturaronun transfer hüquqlarını ala bilər.

2014-2019-cu illərdə “Yuventus”da çıxış edən yarımmüdafiəçi İtaliya yığmasında 4 oyuna çıxıb.