Avstraliya milli komandasının sabiq futbolçusu Mile Edinak karyerasını bitirib.

Rekord.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

Karyerası ərzində Türkiyənin “Gənclərbirliyi”, “Antalyaspor”, İngiltərənin “Kristal Pelas”, “Aston Villa” kimi komandalarında çıxış edən Edinak, 2019-cu ilin yayından klubsuz idi.

Sabiq yarımmüdafiəçi 79 dəfə formasını geyindiyi Avstraliya millisində 20 qol vurub.