Millinin sabiq üzvünə 11 illik həbs cəzası
- 04 Apr 2021 16:01
- 585
Kolumbiya milli komandasının sabiq futbolçusu Con Viafara həbs olunub.
Rekord.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi narkotik qaçaqmalçılığına görə 11 illik həbs cəzasına məhkum edilib.
Viafara ötən ilin mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.
Karyerası ərzində “Portsmut”, “Sauthempton” və “Real Sosyedad” kimi klublarda forma geyinən Viafara, 2015-ci ildə karyerasını bitirib. Keçmiş yarımmüdafiəçi 43 dəfə də Kolumbiya milli komandasının şərəfini qoruyub.