19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək.

Rekord.az xəbər verir ki, millimiz martın 25-dən 31-dək Bakıda hazırlıq keçəcək, aprelin 1-də isə seçmə mərhələyə yollanacaq. 

Azərbaycan millisinin turnirdə keçirəcəyi oyunların təqvimini və toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

3 aprel
Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00
 
6 aprel
Bolqarıstan  - Azərbaycan  
Salaspis BSS Stadionu. Saat 15:00
 
9 aprel
Azərbaycan  – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00

1. Mehriban Şahməmmədova - Neftçi
2. Güləsər İsmailova - Araz-Naxçıvan
3. Aydan Əkbərova - Baku Juniors
4. Aysel Ziyadova - Qəbələ
5. Aytac Mirzəyeva - Neftçi
6. Fatimeyi Zəhra Huseynli - WFC Vera (Gürcüstan)
7. Səma Həsənli - Qəbələ
8. Müjgan Seyidova - Neftçi
9. Fatimə Əhmədova - Baku Juniors
10. Aydan Həsənova - Neftçi
11. Buse Nur Kocabey - Asya Spor (Türkiyə)
12. Röya Əliyeva - Baku Juniors
13. Mələk Hacıyeva - Baku Juniors
14. Şəkər Piriyeva - Araz-Naxçıvan 
15. Aysu Murtuzayeva - Neftçi
16. İntizar Haqverdiyeva - Baku Juniors
17. Lalə Abbaszadə - Neftçi
18. Nailə Əliyeva - Baku Juniors
19. Fidan Abışova - Baku Juniors