Məlum  səbəblərdən Azərbaycan millisinin yeni baş məşqçisinin kimliyi naməlum olaraq, qalır. Halbuki Novruz bayramına kimi bu məsələ həllini tapmalı idi.

Rekord.az-a daxil olan məlumata görə, AFFA bu məsələni tam dondurmayıb və bəzi namizədlərlə danışıqlar telefon və internet üzərindən aparılır.

Lakin bu məsələ iyuldan tez öz həllini tapmayacaq. Federasiyadan saytımıza daxil olan məlumata görə, yeni baş məşqçinin adı iyul-avqust aylarında bilinəcək.