Futzal üzrə Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoxlama oyunları keçirməli idi.

Amma sənədləşmə porsesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Türkmənistan yığması Bakıya gələ bilmədiyinə görə, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı da ləğv olunub.