Azərbaycan millisinin yeni baş məşqçisi böyük ölçüdə əcnəbi olacaq.

Rekord.az-a daxil olan məlumata görə, bu seçim bundan öncəki illərdə olduğu kimi, bu dəfə də Elşad Nəsirovun səlahiyyətində olacaq.

Yəni bu şəxs kimi istəsə, kimi seçsə, həmin məşqçi də mübahisə və müzakirəsiz şəkildə millinin baş məşqçisi olacaq. Deyilənə görə, hətta AFFA prezidenti Rövşən Nəcəf də bu məsələyə müdaxilə etməyəcək, bu səlahiyyətin yalnız Nəsirovda olmduğunu bütün İcraiyyə Komitəsi üzvlərinin diqqətinə çatdırıb.