Qış fasiləsinə qədər özünü yaxşı tərəfdən göstərən "Sumqayıt"ın müdafiəçisi Miloş Miloviç qış fasiləsindən sonra gözə dəymir.

Rekord.az xəbər verir ki, "Səbail"lə ev matçından öncə özünü pis hiss etdiyi üçün adı iştirak ərizəsinə salınmayan serbiyalı sonrakı iki turda da gözə dəymir.

Nə baş verdiyini öyrənmək üçün "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq. Klub rəsmisi məsələyə belə aydınlıq gətirdi: "Araz Naxçıvan"la oyunda adı iştirak ərizəsinə salınmışdı. Yavaş-yavaş toparlanır. Bundan sonrakı oyunlarda meydançaya çıxıb-çıxmayacağına isə baş məşqçi qərar verəcək".