Min cavana dəyən qocanın benefisi AÇ-2024-ə doğru
- 09 İyn 2024 12:00
- 531
2000-ci ildən sonra 2008-ci ildə Avropa çempionatı yenidən iki ölkədə təşkil olundu. Bu dəfə iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrə mötəbər turnirə ev sahibliyi etdi. Bu iki ölkənin Avropa çempionatına ev sahibliyi edəcəyi isə hələ 2002-ci ilin dekabrından məlum idi.
Avstriya və İsveçrədən başqa, turnirə ev sahibliyi etmək üçün iddialı digər ölkələr də var idi. Maraqlıdır ki, bütün ölkələr çempionata şərikli ev sahibliyi etmək istəyirdi. Məsələn: Türkiyə/Yunanıstan, Şotlandiya/İrlandiya, Rusiya, Macarıstan, Xorvatiya/Bosniya-Herseqovina və Norveç/İsveç/Finlandiya/Danimarka. Maraqlıdır ki, Avstriya AVRO-2004-ə Macarıstanla birlikdə ev sahibliyi etmək istəsə də, Portuqaliyayta uduzmuşdu.
Avstriyadan fərqli olaraq, İsveçrənin mötəbər turnirlərə ev sahibliyi etmək kimi bir təcrübəsi var idi. Onlar 1954-cü ildə FİFA Dünya Kubokunu təşkil etmişdi və bu, Almaniyanın çempionluğu ilə başa çatmışdı.
Oyunlar iki ölkənin ümumilikdə səkkiz stadionunda keçirildi. Hər bir stadionun tutumu ən azı 30.000 nəfərlik idi. Vyanadakı "Ernst Happel" stadionu isə turnirin ən böyük stadionu idi - 53,295 nəfər. Elə final matçı da məhz bu stadionda keçirildi. Ev sahibi Avstriya da qrupdakı bütün oyunlarını məhz burada keçirdi. İsveçrə isə bütün qrup oyunlarını Bazeldəki "Jakob-Park"da oynadı.
AVRO-2008-ci il üçün yeni kubok da hazırlanmışdı. Henri Delaunay kubokunun yeni versiyası Asprey London tərəfindən hazırlanmışdır. Kubok əvvəlki illərdə olduğu kimi gümüşdən idi. Üzərində isə əvvəlki Avropa çempionatlarında qalib gələn komandaların adları və qazandıqları illər yazılmışdı. Onun çəkisi 8 kiloqram, uzunluğu isə 60 santimetr idi. Kubokun pdəyəri 50.000 İsveçrə frankı idi.
AVRO-2008-in final mərhələsinin püşkü qrupları bu cür müəyyənləşdirdi:
A qrupu: Portuqaliya, Türkiyə, Çexiya, İsveçrə
B qrupu: Xorvatiya, Almaniya, Avstriya, Polşa
C qrupu: Niderland, İtaliya, Rumıniya, Fransa
D qrupu: İspaniya, Rusiya, İsveç, Yunanıstan
Turnir sensassiyasız ötüşmədi. Məsələn, AVRO-2004-ün qalibi Yunanıstanla favoritlərdən biri Fransanın qrupda qalması turnirin sürprizi sayıla bilər. Portuqaliya, Türkiyə, Xorvatiya, Almaniya, Niderland, İtaliya, İspaniya və Rusiya 1/4 finala vəsiqəı qazandılar. Rusiya və Türkiyə millisi yaxşı mənada adlarından söz etdirməyi bacardı. Lakin hər iki komanda yarımfinalda dayanmalı oldu. Türkiyə Almaniyaya, Rusiya isə İspaniyaya məğlub oldu.
Finalda İspaniya ilə Almaniya üz-üzə gəldi. Qarşılaşmada İspaniya 33-cü dəqiqədə Fernando Torresin Filip Lamı qabaqlayaraq vurduğu yeganə qolla 44 ildən sonra yenidən Avropa çempionu adını qazandı. Finalçı Almaniya 4,5 milyon, çempion İspaniya isə 7,5 milyon avroya sahib oldu. İspaniya həmçinin UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etdi.
A qrupu
İsveçrə - Çexiya 0:1
Qol: Sverkov, 71
7 iyun, “ST Yakob Park”, 39 730 tamaşaçı
Baş hakim: Roberto Roseti (İtaliya)
Portuqaliya – Türkiyə 2:0
Qollar: Pepe, 61; Raul Mireles, 90+3
7 iyun, “Cenevre Stadium”, 29 106 tamaşaçı
Baş hakim: Herbert Fandel (Almaniya)
Çexiya – Portuqaliya 1:3
Qollar: Sionko, 17 – Deku, 8; Ronaldo, 63; Quareşma, 90+1
11 iyun, “Cenevre Stadium”, 29 016 tamaşaçı
Baş hakim: Kiros Vassaras (Yunanıstan)
İsveçrə - Türkiyə 1:2
Qollar: Hakan Yakın, 32 – Semih Şentürk, 57; Arda Turan, 90+2
11 iyun , “ST Jaskob Park”, 39 730 tamaşaçı
Baş hakim: Lüboş Mikel (Slovakiya)
İsveçrə - Portuqaliya 2:0
Qollar: Hakan Yakın, 71, 83 (pen)
15 iyun, “ST Jakob Park”, 39 730 tamaşaçı
Baş hakim: Konrad Platz (Avstriya)
Türkiyə - Çexiya 3:2
Qollar: Arda Turan, 75; Nihat Kahveci, 87; 89 – Koller, 34; Plasil, 62
15 iyun, “Cenevre Stadium”, 29 016 tamaşaçı
Baş hakim: Peter Fröjdfeld (İsveç)
B qrupu
Avstriya – Xorvatiya 0:1
Qol: Modriç, 4 (pen)
Almaniya – Polşa 2:0
Qollar: Podolski, 20, 72
8 iyun, “Ernst Happel”, 51 428 tamaşaçı
Baş hakim: Pieter Vink (Niderland)
Xorvatiya – Almaniya 2:1
Qollar: Srna, 24; Oliç, 62 – Podolski, 79
12 iyun, “Vörtherse Stadium”, 30 000 tamaşaçı
Baş hakim: Frank de Bleeker (Belçika)
Avstriya – Polşa 1:1
Qollar: Vastiç, 90+3 – Gerrero, 30
12 iyun, “Ernst Happel”, 51 428 tamaşaçı
Baş hakim: Hovard Veb (İngiltərə)
Polşa – Xorvatiya 0:1
Qol: Klasniç, 53
16 iyun, “Vörtherse Stadium”, 30 461 tamaşaçı
Baş hakim: Kiros Vassaras (Yunanıstan)
Avstriya – Almaniya 0:1
Qol: Ballak, 49
16 iyun, “Ernst Happel”, 51 428 tamaşaçı
Baş hakim: Mejuto Qonsales (İspaniya)
C qrupu
Rumıniya – Fransa 0:0
9 iyun, “Letzigrund Stadium”, 30 585 tamaşaçı
Baş hakim: Mexuto Qonsales (İspaniya)
Niderland – İtaliya 3:0
Qollar: van Nisterloy, 26; Şneyder, 31; van Bronkorst, 79
9 iyun, “İsveçrə”, 30 777 tamaşaçı
Baş hakim: Peter Fröjdfeld (İsveç)
İtaliya – Rumıniya 1:1
Qollar: Panuççi, 56 – Mutu, 55
13 iyun, “Letzigrund Stadium”, 30 585 tamaşaçı
Baş hakim: Tom Henning Ovredo (Norveç)
Niderland – Fransa 4:1
Qollar: Kuyt, 9; van Persi, 59; Robben, 72; Şneyder, 90+2 – Anri, 71
13 iyun, “İsveçrə”, 30 777 tamaşaçı
Baş hakim: Herbert Fandel (Almaniya)
Niderland – Rumıniya 2:0
Qollar: Huntelar, 54; van Persi, 87
17 iyun, “İsveçrə”, 30 777 tamaşaçı
Baş hakim: “Massimo Busakka” (İsveçrə)
Fransa – İtaliya 0:2
Qollar: Pirlo, 25 (pen); de Rossi, 62
17 iyun, “Letzigrund Stadium”, 30 585 tamaşaçı
Baş hakim: Lüboş Mikel (Slovakiya)
D qrupu
İspaniya – Rusiya 4:1
Qollar: David Villa, 20, 44, 75; Fabreqas, 90+1 – Pavlyuçenko, 86
10 iyun, “Tivoli Nyu Stadium”, 30 772 tamaşaçı
Baş hakim: Konrad Plautz (Avstriya)
Yunanıstan – İsveç 0:2
Qollar: İbrahimoviç, 67; Hansson, 72
10 iyun, “Red Bull Arena”, 31 063 tamaşaçı
Baş hakim: Massimo Buzakka (İsveçrə)
İsveç – İspaniya 1:2
Qollar: İbrahimoviç, 34 – Torres, 15; Villa, 90+2
14 iyun, “Tivoli Nyu Stadion”, 30 772 tamaşaçı
Baş hakim: Peter Vink (Niderland)
Yunanıstan – Rusiya 0:1
Qol: Ziryanov, 33
14 iyun, “Red Bull Arena”, 31 063 tamaşaçı
Baş hakim: Roberto Rozetti (İtaliya)
Yunanıstan – İspaniya 1:2
Qollar: Haristeas, 42 – de la Red, 61; Quiza, 88
18 iyun, “Tivoli Nyu Stadium”, 30 883 tamaşaçı
Baş hakim: Hovard Veb (İngiltərə)
Rusiya – İsveç 2:0
Qollar: Pavlyuçenko, 24; Arşavin, 50
18 iyun, “Tivoli Nyu Stadium”, 30 772 tamaşaçı
Baş hakim: Frans de Bleeker (Belçika)
¼ final
Portuqaliya – Almaniya 2:3
Qollar: Nunu Qomeş, 40; Helder Poştiqa, 87 – Şvaynştayger, 22; Kloze, 26; Ballak, 61
19 iyun, “ST Jakob Park”, 39 374 tamaşaçı
Baş hakim: Peter Frojdfield (İsveç)
Xorvatiya – Türkiyə 1:1 (pen 1:3)
Qollar: Klasniç, 119 – Semih, 120
20 iyun, “Ernst Happel”, 51 428 tamaşaçı
Baş hakim: Roberto Rozetti (İtaliya)
Niderland – Rusiya 1:3
Qollar: van Nisterloy, 86 – Pavlyuçenko, 56; Torbinski. 112; Arşavin, 116
21 iyun, “ST Jakob Park”, 38 374 tamaşaçı
Baş hakim: Lüboş Mikel (Slovakiya)
İspaniya – İtaliya 0:0 (pen 4:2)
22 iyun, “Ernst Happel”, 51 178 tamaşaçı
Baş hakim: Herbert Fandel (Almaniya)
Yarımfinal
Almaniya – Türkiyə 3:2
Qollar: Şvanştayger, 26; Kloze, 79; Lam, 90 – Uğur, 22; Semih, 86
25 iyun, “ST Jakob Park”, 39 731 tamaşaçı
Baş hakim: Massimo Buzakka (İsveçrə)
Rusiya – İspaniya 0:3
Qollar: Xavi, 50; Quiza, 73; Silva, 82
26 iyun, “Ernst Happel”, 51 428 tamaşaçı
Baş hakim: Frank de Bleekere (Belçika)
FİNAL
Almaniya – İspaniya 0:1
Qol: F. Torres, 33.
Hazırladı Anar XANLAROV