“Mingəçevir” növbəti transferini reallaşdırıb.


Rekord.az xəbər verir ki, 1-ci Liqanın autsayderi Ondo Vensli ilə anlaşıb.


21 yaşlı müdafiəçi ilə mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, ümidləri doğrultsa, anlaşmanın müddət daha bir il uzadılacaq.


Qabonlu futbolçu son olaraq Yevlaxın “Karvan” klubunda forma geyinib və ötən yay müqaviləsi bitib.