
“Mingəçevir” – “Difai” oyununun yeri dəyişdirildi
- 24 Fev 2025 18:15
- 66
1-ci Liqada 16-cı turun “Mingəçevir” – “Difai” oyununun yeri dəyişdirilib.
Rekord.az xəbər verir ki, matç Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.
Qarşılaşmanın tarixi və başlama saatı ilə bağlı hər hansı dəyişiklik yoxdur. Belə ki, bu matç fevralın 27-də keçiriləcək və saat 14:00-da başlayacaq.