"Mingəçevir" həkimlə bağlı iddialara cavab verdi
- 09 Mar 2024 12:00
- 1705
"Mingəçevir"də həkim problemi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, komandanın şəxsi həkimi olmadığı üçün futbolçuların "Kəpəz"in həkiminə müraciət etdiyi, hətta müayinə üçün Gəncəyə getdiyi deyilir.
Baş məşqçi Ədahim Niftəliyev də ölkə mətbuatına açıqlamasında həkimlə bağlı problemləri olduğunu etiraf etmişdi. Məsələ ilə bağlı Mingəçevir təmsilçisinin mətbuat katibi Elnur Qasımovun fikirlərini öyrəndik. Klub rəsmisi iddiaları qəbul etmədi: "Düzdür, Ədahim müəllim də həkim məsələsi ilə bağlı fikirlər səsləndirib. Amma məsələ heç də deyildiyi kimi deyil. "Mingəçevir"in həkiminin olmaması mümkün deyil. Çünki I Liqada lisenziyalaşdırmanın əsas şərtlərindən biri də şəxsi həkimin olmasıdır. Həkimimiz olmasa, bizi heç I Liqaya buraxmazlar. Sadəcə, bəzən həkimimiz xəstələnəndə, hansısa vacib işi çıxanda başqa həkimin köməyindən istifadə edirik".