I Liqanın ən kasıb klublarından olan "Mİngəçevir" legioner hücumçu axtarışına çıxıb.

Rekord.az xəbər verir ki, bu yaxınlarda düşərgədə ön xəttdə oynayan 3 legioner olub, amma səviyyələri aşağı olduğu üçün heç biri bəyənilməyib.

Ona görə də yeni əcnəbi hücumçunun axtarışına start verilib. I Liqanın startına kimi daha iki əcnəbinin baxışa gələcəyi gözlənilir.