Oktyabrın 25-də start götürəcək avarçəkmə üzrə "Mingəçevir Reqatası-2023"də 8 ölkədən 14 komanda iştirak edəcək.

Rekord.az xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistan təmsilçiləri mübarizə aparacaqlar.

Turnirə 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı qatılacaq.

Bildirilib ki, yarışda federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməsinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.