Mingəçevir stadionu ərazisində AFFA tərəfindən tikintisi aparılan ehtiyat meydança ilə bağlı yenilik yoxdur.

Rekord.az xəbər verir ki, işlər hələ də yarımçıq qalıb və davamı üçün federasiyadan əlavə vəsait ayırılmalıdır.

Saytımıza daxil olan məlumata görə, böyük ehtimalla bu məsələ 2024-cü ilin martına qədər açıq qalacaq. Yəni AFFA-ya prezident seçkiləri keçirilənə qədər. Yalnız bundan sonra Mingəçevirdəki meydança ilə bağlı yeni xəbərlər olacaq.