AFFA-nın dəstəyi ilə Mingəçevirdə yeni meydançanın tikintisi davam edir.

Rekord.az xəbər verir ki, şəhər stadionunun ərazisində yerləşən meydança süni örtüklüdür.

Meydançanın süni örtüyü artıq yerə döşənib, hazırda qum və rezin səpini gözlənilir. Eyni zamanda meydançanın ətrafında su nasosları da quraşdırılır. Bütün işlərin 1 ay müddətində tam yekunlaşacağı gözlənilir.