Mingəçevirdə yeni futbol akademiyası fəaliyyətə başlayıb.

Rekord.az xəbər verir ki, "Ulduzlar Futbol Akademiyası" adlanan bu akademiyanın təsisçisi "Mingəçevir" klubunun sabiq vitse-prezidenti Ruslan Həmidovdu. 

Həmidov həm də akademiyanın prezidentidir. Akademiyanın icraçı direktoru isə vaxtı ilə "Mingəçevir"in mətbuat xidmətinin rəhbəri olmuş Elnur Qasımovdu. Akademiyanın əsas məqsədi gənc istedadlara futbol sahəsində öz potensiallarını göstərmək üçün mükəmməl bir platforma yaratmaqdır. Yaxın günlərdə sponsorlarımız və peşəkar məşqçi heyətimi haqqında daha ətraflı məlumat veriləcək.