![photo](https://www.rekord.az/storage/uploads/4/mingecevir1.jpg)
Mingəçevirin ehtiyat meydançasında da tribunalar quraşdırılacaq
- 08 Sen 2023 12:00
- 1169
Xəbər verdiyimiz kimi, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda AFFA-nın dəstəyi ilə süni örtüklü ehtiyat meydança tikilir.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi gələcəkdə əsas meydançanın yükünü azaltmaq üçün ehtiyat meydançaya da rəsmi oyunlar üçün sertifikat almaq istəyir.
Bunun üçün meydança istifadəyə verildikdən sonra 150-200 nəfərlik kiçik, dəmir konstruksiyalı tribunanın tikilməsi də nəzərdə tutulub. Bundan sonra klubun əsas və eləcə də aşağı yaş qruplarından ibarət komandaları ev oyunlarını həmin bu meydançada keçirə biləcək.