AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda I Divizionun XVII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qaradağ Lökbatan” - “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Zirə-2” - “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Mingəçevir” - “Zaqatala” oyununda “Mingəçevir”in futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb və klub 320 manat cərimə edilib.

“Zaqatala”nın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib.