«Energetik»in 4 futbolçusu Azərbaycan Ordusunda qulluq edir. Bu barədə onlardan Ülvi Əlizadə məlumat verib.

Şuşada ermənilərə qarşı döyüşdən çıxan əsgər-oyunçu müvafiq dövlət qurumlarına müraciət ünvanlayıb.

O, Mingəçevirdə futbolun bərpa olunmasına köməklik göstərilməsini rəsmi orqanlardan xahiş eləyib. Daha bir futbolçu isə «Azərenerji»ASC-nin prezidenti Balababa Rzayevə müraciət ünvanlayıb.

Bildirib ki, Mingəçevir hər cəhətdən təmin olunmuş şəhərdir, burada çatışmayan yeganə mühüm amil peşəkar klubun yoxluğudur.

Rekord.az həmin görüntüləri təqdim edir: