ASTA (Azerbaijan Sport Talents Academy) şirkətinin "Mingəçevir"ə sponsorluq edəcəyi haqda məlumatları AFFA-da təsdiqləmişdi. Daha doğrusu, bu yöndə danışıqlar getmişdi və sözügedən şirkət 2025-ci ilin əvvəlindən əməli işlərə start verməli idi. Mingəçevirli futbolsevərlər də səbirsizliklə bu məsələnin rəsmləşməsini gözləyir.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, hələ ki, bu məsələdə hansısa yenilik yoxdur.

Yəni ASTA sponorluq məsələsində çox asta tərpənir, hansısa konkret addımlar atmağa tələsmir.