Mini futbolda Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizə aparacaq
- 01 Mar 2022 20:21
- 635
Mini futbol üzrə Azərbaycan çempionatının qalibi Çempionlar Liqasında iştirak edəcək.
"Rekord.az" xəbər verir ki, bu barədə Mini Futbol Liqasının püşkatma mərasimində çıxış edən Azərbaycan Mini Futbol Federasiyasının (AMFF) sədr müavini Taleh Nəsibov bildirib.
O, federasiyanın yeni təsis olunduğunu söyləyib: "Üzərindən 3 il vaxt keçsə də, pandemiya dönəmi yaşadıq. Bu müddətdə bütün yarışlar dayandırılmışdı. Yumşalmalardan sonra çempionatın bərpasına start vermək qərarına gəldik. Bu turnirin qalibi Çempionlar Liqasına yollanacaq. Bütün iştirakçılara uğurlar arzulayıram. Federasiya olaraq bütün dəstəyi verəcəyik. Gənclər və idman naziri Fərid Qayıbov da bizə dəstək verəcəyini bildirib. Bunun sayəsində daha yüksək nailiyyətlər əldə edəcəyimizə inanıram. İstərdim ki, bu yarış daha maraqlı və baxımlı alınsın”.
Daha sonra Mini Futbol Liqasında yeni mövsümün püşkü atılıb. Püşkatma mərasimində 12 komanda iştirak edib. Komandalar A və B olmaqla iki qrupa bölünüb və hər qrupda 6 kollektiv yer alıb.
A qrupu
"Zəfər"
"Qərbi Azərbaycan"
"Vur komandir"
"Bizon"
"Badamdar"
"Muğan Bank"
B qrupu
"Galaxy"
"KATV1"
"Peçat Dönər"
"Birbaşa"
"Lökbatan Yunayted"
"Sirena Motors"