Minifutbol üzrə Ordubad rayon birinciliyinə yekun vurulub.

Rekord.az xəbər verir ki, “Heydər Əliyev İli” nə həsr olunan yarış idarə, müəssisə və təşkilat komandalarının iştirakı ilə rellaşıb.

6 gün davam edən birincilikdə 10 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.

Final matçında "Dübəndi" və "Turan" komandaları bir-birinə rəqib olub. Dübəndi təmsilçiləri rəqibi 4:3 hesabı ilə üstələyərək yarışın qalibi olub. "Turan" və "Zəngəzur" komadaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. İlk üçlükdəki komandalar kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.