Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən “18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası günü”nə həsr olunmuş yeniyetmələr arasında minifutbol üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması yeniyetmə və gənclərin futbol idman növünə marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi və yeniyetmələrin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, rayon üzrə məşqçi-müəllimlər və həvəskar idmançılar iştirak etmişdir.

Futbol üzrə keçirilmiş rayon birinciliyində 60 nəfərdən çox yeniyetmə idmançı iştirak etmişdir.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və kubokla təltif olunmuşlar.