Belarusun "Dinamo" klubu avrokuboklardakı ev oyunlarını Sumqayıtda keçirə bilər. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, Minsk təmsilçisi bununla bağlı "Sumqayıt" klubuna müraciət edib və müsbət cavab alıb. İlkin razılıq əldə olunub və tərəflər yaxın günlərdə bu barədə rəsmi müqavilə də imzalayacaqlar. 

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu son düzəlişlərdən sonra qrup mərhələsinin matçlarını qəbul etməyə hazır vəziyyətə gəlib və belaruslular bunu nəzərə alıb. 

 

"Dinamo" ən azı Konfrans Liqasının qrup (əsas) mərhələsini təmin edib. Minsklilər Avropa Liqasının pley-offu çərçivəsində "Anderlext"lə üz-üzə gələcəklər. Turu keçəcəkləri halda Sumqayıtda məhz tamaşaçılar məhz Avropa Liqasının matçlarını izləyə biləcəklər.