![photo](https://www.rekord.az/storage/uploads/5/az-1691433456-whatsapp-image-2023-08-07-at-203353-1.jpeg)
Minskdə ardıcı üçüncü məğlubiyyət
- 09 Avq 2023 23:33
- 317
Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB Oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:9 hesabı ilə məğlub olub.
U-19-un qolunu Bəyoğlan Vəlizadə vurub.
Millimiz turnirdə növbəti oyununu avqustun 11-də Rusiya yığmasına qarşı keçirəcək.