"Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov maraqlı açıqlama ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, "CBC Sport"da yayımlanan "Əlavə vaxt" tok-şousunda qonaq olan Əhmədov sabiq futbolçusu Mirabdulla Abbasov haqqında danışıb.

O, bildirib ki, Mirabdulla karyerasını pula qurban verib: "O vaxt mən "Neftçi"də işləyəndə legioner hücumçu transfer olunmuşdu. Amma mən yerli futbolçu olan Mirabdulaya şans verdim. O da özünü sübut etdi, qollar vurmağa başladı. Belə olunca, mən  də onu davamlı əsas heyətdə oynatmağa başladım. Yerli futbolçu hər oyun qol vurursa, niyə onu ehtiyatda saxlamalıyam? O başqa məsələ ki, sonradan Mirabdulla səhv qərar verdi, karyerasını pula qurban verdi, daha yüksək maaş qarşılığında "Səbail"ə keçdi".