Azərbaycan Premyer Liqasının 4-cü turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.

Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb.

2014/15, Neftçi (1 oyun)
2015/16, Neftçi (2 oyun)
2016/17, Sumqayıt (27 oyun)
2017/18, Neftçi (25 oyun)
2018/19, Neftçi (28 oyun)
2019/20, Səbail (11 oyun)
2019/20, Neftçi (3 oyun)
2020/21, Neftçi (3 oyun)