Azərbaycan komandaları beynəlxalq arenada 12-ci dəfə 10 və ya daha çox top fərqilə uduzub.

Rekord.az xəbər verir ki, 12-ci fiaskonun müəllifi qadınlardan ibarət yığma olub.

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma İspaniya ilə Avropa çempionatının seçmə oyununda biabır olub. Komandamız 13 cavabsız top buraxıb.

Bunadək 11 dəfə rəqiblər futbolçularımıza qarşı amansız olub. İlk faciəni əsas milli yaşayıb. Komandamız Oserdə Fransadan 10 sillə alıb.

Sonradan oğlanlardan ibarət U-18 və həvəskarlardan ibarət “Femida” da darmadağınla üzləşib. Əsas uğursuzluqlar isə zərif cins nümayəndələri ilə bağlıdır.

Qadın yığmamız 4-cü dəfə belə ağır yenilgi alıbsa, U-19 üç, U-17 və “Gömrükçü” hərəyə bir dəfə azarkeşlərinə şok yaşadıb.

Baş məşqçilər arasında siftə Ağasəlim Mircavadovdan davam Şahin Diniyevdən gəlib. Rekord isə “het-trik”ə imza atan Şamil Heydərova məxsusdur.

12 darmadağın 11 ölkə təmsilçilərindən alınıb. Yalnız Fransa iki dəfə amansızlıq göstərib. Əsas və qızlardan ibarət U-19 bu ölkədən ağır zərbə alıb.

Mütləq rekord da U-19-un oyununda qeydə alınıb. Danimarka yığmamıza 90 dəqiqəyə 20 top vurub (apasport.az).

Əsas (baş məşqçi Ağasəlim Mircavadov)

Avropa çempionatının seçmə mərhələsi

06.09.1995. Fransa – 0:10

U-18 (baş məşqçi Şahin Diniyev)

Avropa çempionatının seçmə mərhələsi

01.10.2000. Rusiya – 0:10

“Femida” həvəskarlar

(baş məşqçi Siyab Paşayev)

UEFA Regionlar kuboku

01.08.2004. Malopolska (Polşa) – 1:13

U-19 qızlar (baş məşqçi Boris Tibilov)

Avropa çempionatının seçmə mərhələsi

28.09.2004. Danimarka – 0:20

U-19 qızlar (baş məşqçi Boris Tibilov)

Avropa çempionatının seçmə mərhələsi

30.09.2004. Fransa – 0:10

“Gömrükçü” qadınlar (baş məşqçi İlqar Hüseynov)

UEFA kuboku

17.09.2005. Frankfurt (Almaniya) – 1:11

Əsas qadınlar (baş məşqçi Şamil Heydərov)

Dünya çempionatının seçmə mərhələsi

19.06.2010. Belçika – 0:11

Əsas qadınlar (baş məşqçi Şamil Heydərov)

Dünya çempionatının seçmə mərhələsi

23.06.2010. İsveç – 0:17

Əsas qadınlar (baş məşqçi Şamil Heydərov)

Dünya çempionatının seçmə mərhələsi

21.08.2010. Uels – 0:15

U-17 qızlar (baş məşqçi Sissi Rayt)

Dünya çempionatının final mərhələsi

25.09.2012. Nigeriya – 0:11

U-19 qızlar (baş məşqçi Zamin Əsədullayev)

Avropa çempionatının seçmə mərhələsi

22.10.2012. İsveç – 0:10

Əsas qadınlar (baş məşqçi Siyasət Əsgərov)

Avropa çempionatının seçmə mərhələsi

18.02.2021. İspaniya – 0:13