Misir millisinin baş məşqçisi istefaya göndərildi
- 05 Fev 2024 18:15
- 241
Misir Futbol Assosiasiyası ölkənin millisinin baş məşqçisi Ruy Vitoriya ilə yolları ayırıb.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, bu qərar Afrika Millətlər Kubokunun yekunlarına əsasən qəbul edilib.
53 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Misir millisi sözügedən turnirdə 1/4 finala yüksələ bilməyib. Komanda 1/8 finalda Konqoya uduzub (1:1, penaltilərdə 7:8).
Vitoriya 2022-ci ilin yayından Misir millisinə rəhbərlik edirdi. Onun müqaviləsi dörd illik idi.