“Misli” Azərbaycan Voleybol Federasiyası (AVF) ilə əməkdaşlıq edəcək. "Rekord.az" xəbər verir ki, bu gün yeni əməkdaşlığa dair müqavilə imzalanıb.

İmzalanma mərasimində AVF-nin prezidenti Şahin Bağırov, “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören və voleybol klublarının nümayəndələri iştirak ediblər.

Müqavilə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş tərəfindən imzalanıb.