Azərbaycanın qanuni idman mərc oyunları operatoru - “Misli” yenilikləri ilə sevindirməyə davam edir.


23 sentyabrdan etibarən virtual Almaniya Bundesliqası “Misli” məntəqələrində fəaliyyətə başlayıb. Virtual Bundesliqanın xüsusi özəlliyi oyunların real görüntülü olmasıdır. Bu oyunlar keçmişdə baş vermiş real futbol matçlarının məlumatlarından da istifadə edilməklə tamamilə şans faktoru ilə kompüter tərəfindən yaradılıb. 


Virtual Bundesliqa Almaniya çempionatında olduğu kimi “Bavariya”, “Borussiya” (Dortmund), “Şalke”, “Ayntraxt”, “Leypsiq” və digər klubların oyunlarına təxminlər yazmaq imkanı təqdim edir. Hər oyun üzrə açıqlanan statistik məlumatlar müvafiq oyunun göstəricilərinə əsaslanır. Turun davam edən bütün oyunlarını məntəqədə yerləşən ekranlar vasitəsilə izləmək mümkündür.


Mərc həvəskarları hər 7-8 dəqiqədən bir bu oyunlarda iştirak edərək həm həyəcanı yaşaya, həm də qazanma şansı əldə edə bilərlər. 


Qeyd edək ki, oyunlarla bağlı https://www.misli.az/ rəsmi saytından, eləcə də “Misli” məntəqələrindən ətraflı məlumat əldə etmək olar. “Misli”də virtual idmanla yanaşı, idman mərc oyunları, ani və tirajlı lotoreya biletlərini əldə edə, əyləncəli zaman keçirə bilərsiniz. Mərc oyunlarında könüllü şəkildə iştirak etmək üçün ən azı 18 yaşınız olmalıdır.