ABŞ-ın “Atlanta Yunayted” klubu baş məşqçisi Frank de Buru istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. De Burun köməkçilərindən də ikisi istefaya göndərilib.

Qeyd edək ki, De Bur 2018-ci ilin dekabrından ABŞ təmsilçisini çalışdırırdı.