Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-in oyunları may ayında da bərpa olunmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Daha öncə oyunların mayın 10-na qədər təxirə salındığı açıqlanmışdı. Amma yeni məlumatda bildirilir ki, yaranmış vəziyyətdə oyunların may ayında da bərpası mümkün görünmür. Bu üzdən də turnirin oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Növbəti qərar hadisələrin gedişatından asılı olacaq. Hər şey pandemiyanın ABŞ və Kanadada tam nəzarət altına alınmasından asılıdı.