Futbol üzrə ABŞ çempionatının - MLS tarixinin ən yaxşı qolu məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İsveçli hücumçu Zlatan İbrahimoviçin “Los Anceles Qalaksi” forması ilə 2018-ci ilin martında “Atlanta Yunayted”lə matçda vurduğu qol turnirin tarixinin ən yaxşı qolu seçilib.

İbrahimoviç, 2018-ci ilin martından 2020-ci ilin yanvarına qədər “Los Anceles Qalaksi”də çıxış edib. 39 yaşlı hücumçu hazırda İtaliyada “Milan” klubunun şərəfini qoruyur.